Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.
“DEFAKTO.az”un məlumatına görə, şəhər ərazisində binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Fakt araşdırılır.