Xarici dil öyrənmək və öyrətməyin yolu eyni olmasına baxmayaraq, hər biri yeri şəxsin təklif etdiyi məbləğlər eyni deyil. Hətta elə məbləğlər var ki, fantastik qiymətədir.
Maraqlıdır, təklif olunan məbləğlər niyə fantastik qiymətədir?
Məsələ ilə bağlı, təhsil eksperti Kamran Əsədov bu sahədə xidmət göstərənlərin bəzilərinin kifayət qədər biliyinin olmadığını bildirib:
“Fantastik qiymətə öyrədilən dərslər xüsusi proqramla deyil, adi proqramlarla öyrədilir. Beynəlxalq tədqiqat təcrübələrinə əsasən, xarici dili ən azı B1 səviyyədə öyrənmək üçün 6 ay vaxt tələb olunur. Heç bir kurs 2-3 ay ərzində insanlara xarici dili mükəmməl öyrədə bilməz”.
Ekspert qeyd edib ki, xarici dillərin öyrədilməsi Türkiyə, Gürcüstan kimi bir sıra ölkələrdə Azərbaycandan xeyli ucuz təklif edilir.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: