“Liverpul” iki futbolçusu ilə yolları eyni anda ayırdı | DEFAKTO.AZ “Liverpul” iki futbolçusu ilə yolları eyni anda ayırdı – DEFAKTO.AZ

“Liverpul” iki futbolçusu ilə yolları eyni anda ayırdı

17




“Liverpul” klubu mövsüm sonunda iki futbolçusu ilə birdən yolları ayırır.

Məlumata görə, İngiltərə klubu Tyaqo Alkantara və Joel Matiplə vidalaşmaq qərarına gəlib.

2016-cı ildən “Liverpul” klubunun şərəfini qoruyan Joel Matip çıxdığı 206 görüşdə 11 qol, altı məhsuldar ötürmə ilə yadda qalıb. 2020-ci ildən İngiltərə klubunun formasını geyinən Tyaqo Alkantara isə çıxdığı 98 matçda üç qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, komanda baş məşqçi Yurgen Kloppla da mövsümün sonunda yolları ayıracaq.

Mənbə: Marca.com