Yeni Kaledoniyada bir çox supermarket və hipermarketlərin iğtişaşçılar tərəfindən talan edilməsi səbəbindən ərzaq qıtlığı yaşanır.
Məlumata görə, Numea bölgəsindəki mağazalarda böyük növbələr yaranıb.
Piştaxtalarda süd, çörək və digər ərzaq məhsulları praktiki olaraq olmadığı halda, insanlar bir neçə saat növbə gözləməyə məcbur olurlar.
Bəzi supermarketlər məhdudiyyətlər tətbiq ediblər. Bir dəfəyə 10-dan çox adamı içəri buraxmırlar və eyni kateqoriyadan ikidən artıq məhsulun alınmasına icazə vermirlər.
Bundan əlavə, spirtli içkilərin və siqaretlərin satışı da qadağandır.
Mənbə: TASS