Paşinyan Azərbaycanın tələbini qəbul etdi | DEFAKTO.AZ Paşinyan Azərbaycanın tələbini qəbul etdi – DEFAKTO.AZ

Paşinyan Azərbaycanın tələbini qəbul etdi

77

“Bakı İrəvandan iki kənd də daxil olmaqla 21 kilometrlik Gorus-Qafan yolunun Azərbaycan ərazisi olaraq rəsmən tanınmasını tələb edib”.

DEFAKTO  xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan bu tələbi qəbul edib.

“Tələb yerinə yetirilib və baş nazir Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, 21 kilometr Azərbaycanın ərazisidir. Eyni zamanda, o iki kəndin Azərbaycan adlarını çəkib”, – deyə Danielyan bildirib.

Qeyd olunub ki, Paşinyan çıxışında işğaldan azad olunmuş Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimləri ilə səsləndirib./DEFAKTO.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir