İsrailin Hayfa şəhərində avtomobil səkidə dayanan israilli hərbçilərin üzərinə sürülüb. Hadisə nəticəsində İsrail Müdafiə Ordusunun (SAXAL) beş hərbçisi yaralanıb.
Sürücü hadisə yerindən qaçıb.
Əraziyə ordu və polis qüvvələri cəlb olunublar. Polis terror aktına cəhd daxil olmaqla bütün mümkün versiyaları araşdırır. Şəhərdən çıxışlarda səyyar keçid məntəqələri quraşdırılıb.
Mənbə: 9tv.co.il