“Azərbaycan Premyer Liqasının son turunda keçiriləcək iki görüşün VAR hakimləri əcnəbilər olacaq”.
Bu barədə DEFAKTO.az-a açıqlama verən Peşəkar Futbol Federasiyasının mətbuat katibi Sənan Abdullayev bildirib.
“Bəli son iki görüşün VAR hakimləri əcnəbilər olacaq. Bu qərar artıq dəqiqləşib. Amma hansı oyunlarda olacağı hələ də dəqiq deyil”, – deyə o bildirib.
Anar Həsənov