Yeni Kaledoniyada 200-dən çox adam saxlanılıb – VİDEO | DEFAKTO.AZ Yeni Kaledoniyada 200-dən çox adam saxlanılıb – VİDEO – DEFAKTO.AZ

Yeni Kaledoniyada 200-dən çox adam saxlanılıb – VİDEO

8




Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının təşkil etdiyi aksiyalara görə saxlanılanların sayı 200-ü keçib.

Bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmaninin hesabatından aydın olub.

Onun sözlərinə görə, ümumilikdə 206 nəfər saxlanılıb.

Bundan başqa polislə qarşıdurmalar zamanı üç yerli sakin və bir fransız polisin ölməsi ilə əlaqədar adada fövqəladə vəziyyət tətbiq olunub. Həmçinin ölkəyə hərbçilər göndəriliblər.

Məlumata görə, asayişin bərpasına 2 700 polis və jandarm cəlb olunub.

Mənbə: RİA Novosti