Azərbaycan klubunun futbolçusu təcavüzkar davranışa görə CƏZALANDIRILDI | DEFAKTO.AZ Azərbaycan klubunun futbolçusu təcavüzkar davranışa görə CƏZALANDIRILDI – DEFAKTO.AZ

Azərbaycan klubunun futbolçusu təcavüzkar davranışa görə CƏZALANDIRILDI

11




Azərbaycan Futbol Federasiyasının İntizam Komitəsinin bu gün keçirilən iclasında bəzi qərarlar qəbul edilib.

DEFAKTO.az Peşəkar Futbol Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasında 34-cü turun “Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanırdılıb. Əlavə olaraq “Sabah” klubu 3000 manat cərimə edilib.

“Zirə” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilib.

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində “Kəpəz” klubunun 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb və Gəncə təmsilçisi 1500 manat cərimə edilib.