Vüsal Şıxəliyev: “Azərbaycana münasibətdə “Business Ready” hesabatı 2025-ci ildə nəşr ediləcək” | DEFAKTO.AZ Vüsal Şıxəliyev: “Azərbaycana münasibətdə “Business Ready” hesabatı 2025-ci ildə nəşr ediləcək” – DEFAKTO.AZ

Vüsal Şıxəliyev: “Azərbaycana münasibətdə “Business Ready” hesabatı 2025-ci ildə nəşr ediləcək”

61




“Dünya Bankının “Business Ready” hesabatı Azərbaycana münasibətdə 2025-ci ildə nəşr ediləcək”.

DEFAKTO.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bu gün keçirilən tədbirdə deyib.

O bildirib ki, bu hesabatla bağlı ilkin qiymətləndirməyə artıq bu ildən başlanılıb:

“Biz biznes mühitinin yaxşılaşdırılmasının Dünya Bankının “Business Ready” hesabatının suallarına uyğun olaraq ilkin qiymətləndirməsini həyata keçirmişik. Bu suallar, diaqnostika əsasında artıq yol xəritələri də hazırlanıb”.

Qeyd edək ki, Dünya Bankı reytinqlə bağlı qiymətləndirmə üzrə hesabatları 180 ölkəni üç yerə bölərək həyata keçirir. Belə ki, bu ilin sentyabr ayında Dünya Bankının “Business Ready” hesabatı reytinq üzrə 180 ölkədən ilk 60 ölkənin biznes mühitinin qiymətləndirilməsini həyata keçirəcək. Azərbaycanın qiymətləndirilməsi isə 2025-ci ildə dərc ediləcək.

Könül Cəfərli