Tbilisi merindən Gürcüstanda dövlət çevrilişi ilə bağlı ittiham: “Bizim XİN rəhbəri İrəvana getsəydi…” | DEFAKTO.AZ Tbilisi merindən Gürcüstanda dövlət çevrilişi ilə bağlı ittiham: “Bizim XİN rəhbəri İrəvana getsəydi…” – DEFAKTO.AZ

Tbilisi merindən Gürcüstanda dövlət çevrilişi ilə bağlı ittiham: “Bizim XİN rəhbəri İrəvana getsəydi…”

12




Tbilisi meri, eyni zamanda, hakim Gürcü Arzusu Partiyasının baş katibi postunu tutan Kaxa Kaladze xarici qüvvələri Gürcüstanda dövlət çevrilişi etmək cəhdində ittiham edib.

Bu barədə “Rustavi-2” telekanalı məlumat verib.

İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidəki etirazlardakı çıxışlarını şərh edən Kaladze bunu düşmənçilik adlandırıb:

“Bu, dostluq deyil, düşmənçilikdir… Bizim xarici işlər nazirimiz İrəvana gedib müxalifətin mitinqində iştirak etsəydi, buna münasibət necə olardı?” – deyə Kaxa Kaladze qeyd edib.