“Efiopiya Federativ Demokratik Respublikasının baş nazirinin müavini Temesgen Tiruneh Dinku ilə görüş keçirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.
“Görüşdə əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, həmçinin investisiya və ticarət sahələrində genişləndirilməsi üçün ölkələrimizin malik olduğu potensialdan istifadə edilməsinin zəruriliyini qeyd etdik”, – deyə nazir qeyd edib.
#Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini Temesgen Tiruneh Dinku ilə görüşdə əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, həmçinin #investisiya və #ticarət sahələrində genişləndirilməsi üçün ölkələrimizin malik olduğu potensialdan istifadə edilməsinin… pic.twitter.com/cGcpFMf6FC
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 16, 2024