İrəvanda etirazçıların saxlanılmasına başlandı – VİDEO | DEFAKTO.AZ İrəvanda etirazçıların saxlanılmasına başlandı – VİDEO – DEFAKTO.AZ

İrəvanda etirazçıların saxlanılmasına başlandı – VİDEO

13




İrəvanda hüquq-mühafizə orqanları baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçıların saxlanılmasına başlayıb.

Bununla bağlı “Telegram”ın Ermənistan seqmentindəki kanallarda videogörüntülər yayılıb.

Məlumata görə, şəhərin mərkəzində keçirilən aksiyada nümayişçilər polis qüvvələri tərəfindən saxlanılır və maşınlara mindirilərək aparılırlar.

Qeyd edək ki, əraziyə daha əvvəl polis və xüsusi təyinatlılardan ibarət əlavə qüvvələr yerləşdirilmişdi. Paşinyanın siyasətini qəbul etmək istəməyənlərlə sərt rəftar edilir, digər etirazçıların gözü qarşısında maşınlara mindirilirlər.

Polis rəhbərliyi hansı səbəbdən insanların saxlanıldıqları ilə bağlı açıqlama verməyib.

Eyni zamanda Ermənistan hökumət binası qarşısında keçirilən etiraz aksiyaları davam edir. Yerli sakinlər ölkənin hazırkı baş naziri Paşinyanın istefasını tələb edirlər.