Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə edildi – FOTO | DEFAKTO.AZ Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə edildi – FOTO – DEFAKTO.AZ

Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə edildi – FOTO

64




“China Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə görüşümüzün müzakirə mövzuları geniş və faydalı oldu”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.

“Şirkətlə yaşıl enerji sahəsində potensial layihələri müzakirə etdik, Azərbaycanda yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları barədə fikir mübadiləsi apardıq. İşğaldan azad edilmiş ərazilərimizdə günəş enerjisinin istifadəsi üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində oldu.

Gələcək əməkdaşlığımızın hər iki tərəf üçün qarşılıqlı faydalar gətirəcəyinə inanırıq”, – deyə nazir qeyd edib.