“Formula-1”in rəhbəri Stefano Domenikali bildirib ki, azarkeşlərin daha çox marağını təmin etmək məqsədilə 2030-cu ildən mühərrik qaydalarını dəyişdirməyi düşünməyə hazırdır.
2014-cü ildə V6 turbo hibridlərin təqdim edilməsindən bəri bir çox pərəstişkar köhnə V8 və ya V10 mühərrikləri ilə müqayisədə səsin az olmasından şikayətlənir. Bəzi pərəstişkarların 2026-cı ildə yeni avtomobillərə əlavə edilən mühərriklərə ümidləri var olub, lakin indi məlum olub ki, onların səsi də gözləntiləri doğrultmayacaq.
“Yaşıl yanacaqlar məqbul nəticələr göstərərsə, hibridlərdən istifadəni diqqətlə qiymətləndirmək lazımdır”, – deyə Domenikali vurğulayıb.
Mənbə: Championat.com