İranda abortların 85%-i evlərdə həyata keçirilir.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, qorxunc statistika ilə İran parlamentinin əhaliyə və ailəyə dəstək fraksiyasının sədri, millət vəkili Fatimə Məhəmmədbey çıxış edib.
Onun sözlərinə görə, bu həyat üçün təhlükəli proses ailə üzvlərinin özləri tərəfindən qanunsuz dərmanlardan istifadə edilməklə baş tutur.
Millət vəkili belə abortların ananın sağlamlığı ilə yanaşı, psixoloji vəziyyəti üçün də olduqca təhlükəli olduğunu vurğulayıb.