Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır | DEFAKTO.AZ Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır – DEFAKTO.AZ

Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır

11




Azərbaycanda ilk dəfə olaraq peşə təhsil sistemində İsveçrə ilə ikili diplom proqramından istifadəyə başlanılır. Belə ki, bu yenilik İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində tətbiq ediləcək.

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti “SMBS – Swiss Montreux Business School” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “SMBS – Swiss Montreux Business School”un qəbul üzrə direktoru Andrew Tasun imzalayıblar.

Memorandumda Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti “SMBS – Swiss Montreux Business School” arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə Avropa təhsilini distant qaydada əldə etmək imkanının yaradılması, tələbə mübadiləsinin aparılması, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu əməkdaşlıq çərçivəsində İT-informasiya texnologiyaları, strateji menecment, logistika və digər sahələr üzrə tələbələrin İsveçrənin təhsilini alması və ikili diplom proqramından faydalanması nəzərdə tutulur. Proqramdan Peşə Təhsil Mərkəzinə 9 illik təhsil bazasından qəbul olan tələbələr faydalana bilərlər.

Qeyd: “SMBS – Swiss Montreux Business School” tərəfindən təqdim edilən diplom Avropa Birliyi və Şimali Amerikanın bütün ölkələrində tanınır.