Bakıda xəsarətlə nəticələnən qəza olub | DEFAKTO.AZ Bakıda xəsarətlə nəticələnən qəza olub – DEFAKTO.AZ

Bakıda xəsarətlə nəticələnən qəza olub

18




Bakının Nəsimi rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“DEFAKTO.az”un məlumatına görə, 1995-ci il təvəllüdlü Vahid Zahid oğlu Sadıqovun idarə etdiyi motosiklet “Toyota Prius” markalı avtomobillə toqquşub.

Xəsarət alan V.Sadıqov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.