Misir səfirini Tel-Əvivdən geri çağırmağı planlaşdırır | DEFAKTO.AZ Misir səfirini Tel-Əvivdən geri çağırmağı planlaşdırır – DEFAKTO.AZ

Misir səfirini Tel-Əvivdən geri çağırmağı planlaşdırır

9




Misir hökuməti Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail Müdafiə Ordusunun (SAXAL) davam edən əməliyyatı fonunda İsraillə diplomatik münasibətləri azaltmağı və səfirini Tel-Əvivdən geri çağırmağı planlaşdırır.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Misir rəsmilərinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, iki ölkə arasında münasibətlər ötən həftə İsrail hərbçiləri Misirlə sərhəddə yerləşən Rəfah məntəqəsini ələ keçirdikdən sonra pisləşib.

Qəzet qeyd edir ki, Qahirə ilə Təl-Əviv arasında münasibətlərin korlanması 45 il əvvəl “Kemp Devid sazişi”nin bağlanmasından sonra ilk hadisədir. 1979-cu ildə Misir İsraillə diplomatik əlaqələr quran ilk ərəb ölkəsi olub, Qahirənin bu addımı ərəb qonşularının boykot etməsinə səbəb olmuşdu.

“Hazırda əlaqələri dayandırmaq və ya Kemp Deviddən imtina etmək planımız yoxdur. Amma nə qədər ki, İsrail qüvvələri Rəfah keçidində qalıb, Misir bir dənə də olsun yük maşını göndərməyəcək”, – deyə başqa bir rəsmi Misirin Qəzza zolağına humanitar yardımı dayandırmasına işarə edərək deyib.