Cüdo üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb | DEFAKTO.AZ Cüdo üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb – DEFAKTO.AZ

Cüdo üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

9




Cüdo üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb

DEFAKTO.az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri 19-24 mayda cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi çempionatda Azərbaycanın cüdo üzrə milli yığma komandası 8 çəki dərəsində 9 kişi və iki qadın idmançı ilə təmsil olunacaq.

Yarışda iştirak etməli olan cüdoçularımız -52 kq çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva zədəli olduqlarına görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən yarışa qatılmayacaqlar.

Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 19-23 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən “Mubadala Arena”da keçiriləcək.

Fərdi yarışlarda ölkəmizi təmsil edəcək heyəti təqdim edirik:

Qadınlar

-48 kq

Leyla Əliyeva

-57 kq

Acelya Toprak

Kişilər

-60 kq

Balabəy Ağayev

Turan Bayramov

-66 kq

Yaşar Nəcəfov

Kamran Süleymanov

-73 kq

Hidayət Heydərov

-81 kq

Zelim Tçkayev

-90 kq

Elcan Hacıyev

Vüqar Talıbov

-100 kq

Zelim Kotsoyev