Təhsil müəssisəsində külli miqdarda mənimsəmə: Cinayət işi başlanıldı | DEFAKTO.AZ Təhsil müəssisəsində külli miqdarda mənimsəmə: Cinayət işi başlanıldı – DEFAKTO.AZ

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə: Cinayət işi başlanıldı

9




Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əməkhaqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.