Mixail Qaluzin: “Aİ-nin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-Rusiya xarakteri alır” | DEFAKTO.AZ Mixail Qaluzin: “Aİ-nin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-Rusiya xarakteri alır” – DEFAKTO.AZ

Mixail Qaluzin: “Aİ-nin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-Rusiya xarakteri alır”

11




“Aİ-nin Ermənistandakı müşahidə missiyası faktiki olaraq Qərbin yarımhərbi əməliyyatına çevrilib. Onun heyəti artıq ən azı iki dəfə artırılıb, yeni dayaq məntəqələri açılır. Bu yaxınlarda İrəvan Aİ-nin mövcudluğunun statusu haqqında sazişə vadar edildi, bu isə ona Ermənistan ərazisində daha əlverişli şərait və fəaliyyət azadlığı verdi”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin News.ru portalına müsahibəsində deyib.

O, missiyanın Aİ-nin hibrid müharibəsinin aləti olduğunu bildirib və açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərdiyini, Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün “təhlükəsizlik və firavanlıq mənbəyi” olması barədə yanlış fikirlər aşıladığını vurğulayıb.

“Üstəlik, Aİ-nin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan, anti-Rusiya və anti-İran xarakteri alır”, – deyə o qeyd edib.

Qaluzinin sözlərinə görə, uzunmüddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışılırsa, qərblilərin bölgəni hərbiləşdirmək, burada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları bunlara heç uyğun gəlmir.

O deyib ki, Cənubi Qafqazın çiçəklənməsinin açarı, xüsusən də “3+3” regional məsləhətçi platforması çərçivəsində inklüziv dialoq, ortaya çıxan problemlərə kollektiv cavablar axtarmaq və regiondankənar qüvvələrin geosiyasi diktələrinə qarşı çıxmaqdadır.