Bir sıra qalmaqallarla yadda qalan səs-küylü “Avroviziya 2024” mahnı müsabiqəsi mayın 11-də başa çatdı.
Müsabiqədə İsveçrə təmsilçisi reper Nemo qalib gəlib. Bununla belə, ictimaiyyətin diqqətini qalibdən çox Ermənistandan olan “Ladaniva” qrupu cəlb edib.
Belə ki, qrupun “Jako” treki “Percival Schuttenbach” və “Marcin Przybyłowicz”in “The Witcher 3.Play” oyunu üçün yazılmış “Silver for monsters” kompozisiyasını çox xatırladır.
Musiqi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxları “Ladaniva”nı “The Witcher”in motivlərini kopyalayaraq yarışa qatıldıqları üçün tənqid ediblər.