İrəvan polisi bu dəqiqələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları saxlamağa başlayıb.
Qeyd olunur ki, polislə etirazçılar arasında toqquşma İrəvanın mərkəzində yerləşən opera binasının ətrafında yaşanıb.
Həmin ərazidən yayılan fotolarda isə opera binasının damında snayperlərin yerləşdirildiyi əks olunub.
15:04
Bu gün günorta saatlarından etibarən İrəvanın mərkəzində yerləşən opera binasının qarşısında çoxlu sayda hərbi maşınlar və polis əməkdaşları toplanıblar.
Qeyd edək ki, bu gün axşam saatlarında İrəvanda “Vətən üçün Tavuş” hərəkatının mitinqi gözlənilir.
10:12
İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb.
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Bildirilir ki, səhər saatlarından etibarən İrəvan sakinləri şəhərin bir sıra yollarına zibil qutularını düzərək nəqliyyatın hərəkətini dayandırıblar.
Mənbə: Sputnik Ermənistan