“Çelsi” 17 yaşlı futbolçu üçün 57 milyon avro təklif etdi | DEFAKTO.AZ “Çelsi” 17 yaşlı futbolçu üçün 57 milyon avro təklif etdi – DEFAKTO.AZ

“Çelsi” 17 yaşlı futbolçu üçün 57 milyon avro təklif etdi

31




İngiltərənin “Çelsi” klubu “Palmeyras”ın (Braziliya) 17 yaşlı futbolçusu Uillian Esteva üçün 57 milyon avro dəyərində təklif göndərib.

Məlumata görə, Braziliya klubunun rəsmiləri təklifi bəyənmədiklərini bildirsələr də, “Çelsi” danışıqlar masasına əyləşməyi təklif edib.

17 yaşlı braziliyalı futbolçu isə komandasının rəsmiləri ilə görüşərək “Çelsi”yə keçmək istədiyini bildirib.

Qeyd edək ki, Uillian Esteva bu mövsüm çıxdığı 20 oyunda yeddi qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Thesun.co.uk