Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi | DEFAKTO.AZ Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi – DEFAKTO.AZ

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

19




Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarından çıxarılması İrəvan tərəfinin xahişi ilə müzakirə olunub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, mayın 8-də Rusiya və Ermənistan başçıları arasında keçirilən görüşlə bağlı çoxlu sayda spekulyasiya olduğunu deyib.

“Rusiya tərəfinin guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr doğru deyil. Digər mənbələr iddia edirdi ki, sərhədçilərin geri çəkilməsi Bakı və İrəvan arasında üçüncü dövlətlərin nümayəndələrinin birgə sərhəddə yerləşdirilməməsinə dair razılaşmalar çərçivəsində həyata keçirilir. Bütün bunlar spekulyasiyadır. Reallıq nədir? Reallıq budur ki, Rusiya və Ermənistan liderləri arasında danışıqlar zamanı İrəvan tərəfinin xahişi ilə Ermənistanın Azərbaycanla həmsərhəd olan bir sıra rayonlarından Rusiya sərhədçilərinin əvvəllər verilmiş bir sıra tapşırıqların icrası ilə əlaqədar çıxarılması müzakirə edilib”, – deyə Zaxarova bildirib.