MİLLİ DƏYƏRLƏRİN FƏDAKAR KEŞİKÇİSİ | DEFAKTO.AZ MİLLİ DƏYƏRLƏRİN FƏDAKAR KEŞİKÇİSİ – DEFAKTO.AZ

MİLLİ DƏYƏRLƏRİN FƏDAKAR KEŞİKÇİSİ

78

Azərbaycanın Birinci xanımı ilk növbədə milli maraqların keşiyində duran xadimdir. Məhz Mehriban xanımın birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqinin, ədəbiyyat və poeziyanın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir. Azərbaycan muğam sənətinin dünyada tanınması istiqamətində də böyük işlər görülüb. Mehriban xanım Bakıda analoqu olmayan Muğam Mərkəzi inşa etdirib. Muğamın dünyada tanıdılması üçün böyük layihələr həyata keçirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə təşkil edilən musiqi festivalları və gecələri, ümumiyyətlə, mədəniyyətin sosial əhəmiyyətinin yüksəldilməsində əhəmiyyətli yer tutan tədbirlərdəndir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti, elmi və incəsənətinin bütün sahələrinə qayğı göstərir. Onun təşkilatçılığı ilə ölkənin tanınmış alimləri və incəsənət xadimlərinin təbliği istiqamətində əvəzedilməz proqramlar reallaşır.

   Təbii ki, bütün bunlar həm də Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verir. Eyni zamanda, dünya mədəniyyətinin bir hissəsi olan milli mədəniyyətimizin digər mədəniyyətlərlə qarşılıqlı əlaqəsinə daha geniş imkanlar açır və Azərbaycan mədəniyyətinə qəsd etmək istəyənlərin əl-qolunu bağlayır. Sirr deyil ki, bədnam qonşularımız daim Azərbaycan mədəniyyət nümunələrini öz adlarına çıxarmağa çalışıblar. Deməli, Mehriban xanım milli mədəniyyətin təbliğatçısı olmaqla yanaşı, həm də onun fəal qoruyucusudur.

  Doğrudan da, faktlar göstərir ki, milli mədəniyyətin inkişafına, başqa xalqların mədəniyyətinin qorunmasına və mədəniyyətlərarası əlaqələrin inkişafına böyük töhfələr verən Mehriban xanım həm də yüksək səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun reallaşması üçün böyük əmək sərf edir. Azərbaycanın Birinci xanımı sülh və tolerantlığın yayılması, bütün dünyada humanist dəyərlərin bərqərar olması üçün müntəzəm tədbirlər həyata keçirir.

   Mehriban Əliyevanın idmanın inkişafına verdiyi töhfələr hamıya məlumdur. Azərbaycanın Birinci xanımı 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının Prezidentidir. 2003-2004-cü illərdə ölkə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib. 2015-ci ildə isə Mehriban xanım Azərbaycanda birinci Avropa Oyunlarının və bədii gimnastika üzrə beynəlxalq kubok yarışının uğurla keçməsində böyük rol oynayıb. O, "Eurovision" mahnı müsabiqəsi və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların yüksək səviyyədə keçirilməsi işinə də bilavasitə rəhbərlik edib.

Aynurə Əliyeva, Göytəpə şəhər sakini, müəllim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir