Azərbaycan Premyer Liqasını tərk edəcək komanda bəlli olub – VİDEO | DEFAKTO.AZ Azərbaycan Premyer Liqasını tərk edəcək komanda bəlli olub – VİDEO – DEFAKTO.AZ

Azərbaycan Premyer Liqasını tərk edəcək komanda bəlli olub – VİDEO

42




Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib.

DEFAKTO.az xəbər verir ki, “Qəbələ” elita ilə vidalaşmalı olacaq.

XXXII turda evdə “Kəpəz”ə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar”ın çempionatda sonuncu – onuncu olacağı dəqiqləşib. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Martins Junior vurub.

“Kəpəz” sona dörd tur qalmış xallarının sayını 34-ə çatdırıb və hələlik 8-ci pilləyə yüksəlib. “Qəbələ”nin 17 xalı var.

Qeyd edək ki, XXXII turun “Neftçi” – “Turan Tovuz” və “Sumqayıt” – “Qarabağ” matçları bu gün keçiriləcək. Tura aprelin 29-da “Zirə” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Ötən gün “Sabah” “Səbail”i iki cavabsız qolla üstələyib.