Yetkinlik yaşına çatmayanlara siqaret satan üç mağaza sahibi cərimələndi | DEFAKTO.AZ Yetkinlik yaşına çatmayanlara siqaret satan üç mağaza sahibi cərimələndi – DEFAKTO.AZ

Yetkinlik yaşına çatmayanlara siqaret satan üç mağaza sahibi cərimələndi

30




Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb.

Bu barədə DEFAKTO.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.