Hidayət Heydərov: “Yazılacaq tarixlər hələ qabaqdadır” | DEFAKTO.AZ Hidayət Heydərov: “Yazılacaq tarixlər hələ qabaqdadır” – DEFAKTO.AZ

Hidayət Heydərov: “Yazılacaq tarixlər hələ qabaqdadır”

27




“Bütün görüşlərim çətin keçdi”.

İdman.biz xəbər verir ki, bunu Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Hidayət Heydərov (73 kq) deyib.

Dördüncü dəfə qitə çempionu olan Hidayət növbəti hədəfinin dünya çempionatı və Paris-2024 Yay Olimpiya Oyunları olduğunu bildirib: “Burada tarix yazdım və dördüncü dəfə Avropa çempionu oldum. Bu son deyil. Tarixlər hələ qabaqdadır. Qarşıda Dünya və Yay Olimpiya Oyunlarında mübarizə var. Hər iki yarışda çempion olub, adımı qızıl həriflərlə yazdırmaq arzusundayam. Düzdür, təzyiqlər çoxdur. Hamı məni lider kimi görür və bu, insanı istər-istəməz arxayınlaşdıra bilər. Ən əsası ruhən hazır olmaq lazımdır. Çünki yalnız lider olmaq deyil, həm də liderliyi qoruyub saxlamaq lazımdır. Finala fərqli hazırlaşmışdım. Qarşıma məqsəd qoymuşdum ki, daha çox hücum edəcəyəm. İlk görüşlərdə çox fənd işlətdiyim üçün fiziki güc itirmişdim. Finalda yorulsam belə, xarakter nümayiş etdirdim. Məqsədlər çoxdur. Avropa, dünya və Olimpiadalarda uğur qazanmaq istəyirəm. Qələbəmi bütün Azərbaycana həsr edirəm”.

Qeyd edək ki, Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu olmaqla, Azərbaycan cüdosunda rekorda imza atıb.