Ağsuda həkimə və ambulans sürücüsünə xəsarət yetirən şəxs həbs olundu | DEFAKTO.AZ Ağsuda həkimə və ambulans sürücüsünə xəsarət yetirən şəxs həbs olundu – DEFAKTO.AZ

Ağsuda həkimə və ambulans sürücüsünə xəsarət yetirən şəxs həbs olundu

22




Bir neçə gün öncə Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirən şəxs həbs olunub.

“Qafqazinfo”nun məlumatına görə, əməli törətməkdə şübhəli bilinən rayon sakini Samit Hüseynov barəsində üç aylıq həbs qərarı verilib.

Qeyd edək ki, hadisə aprelin 17-də baş verib. Həmin gün Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü – Zöhrab Babacan oğlu Şikarova və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.