Qıza görə dava qanla bitdi | DEFAKTO.AZ Qıza görə dava qanla bitdi – DEFAKTO.AZ

Qıza görə dava qanla bitdi

3




Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

DEFAKTO.az-ın əldə etdiyi məlumata əsasən, 14 yaşlı yeniyetmə Tacir Adişli tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin qıza görə baş verdiyi deyilir.

Belə ki, zərərçəkən qarşı tərəfdən qızdan uzaq durmasını tələb edib. Onlar “Instagram”da bir müddət yazışdıqdan sonra görüşüblər. Aralarında yaranmış mübahisə qanla bitib. Görüşə bıçaqla gələn azyaşlı Tacir Adişliyə bir neçə bıçaq zərbəsi endirib. Yeniyetmə kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

 Fakt Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Almaz Qasımova