Almaniya kansleri: “İqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyac var” | DEFAKTO.AZ Almaniya kansleri: “İqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyac var” – DEFAKTO.AZ

Almaniya kansleri: “İqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyac var”

1




“İqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyac var”.

“DEFAKTO.az”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Braziliya son nəticədə 2030-cu ilin sonlarınadək yeni enerji sistemləşdirməsinin təqdimatına qədər növbəti addımları atmağı özlərinə vəzifə kimi qoyublar:

“Mən qitələr arasında əməkdaşlığın bu yeni formasını çox alqışlayıram. Bizim iqlim dəyişiklikləri ilə mübarizədə bir-birimizi dəstəkləməyimiz önəmlidir. Bizim dünyada iqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyacımız var. Dünya ölkələri bu məsələdə birlik nümayiş etdirməlidirlər”.