Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb | DEFAKTO.AZ Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb – DEFAKTO.AZ

Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb

19




Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb.

DEFAKTO.az-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini, 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, M.Ramazanov və onun bacısının oğlu, 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-də pomidor turşusundan zəhərlənmişdilər.

Hər iki şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müalicə olunmaq üçün onlar Respublika Toksikologiya Mərkəzinə göndərilmişdilər.

25 yaşlı M.Ramazanovun müalicəsi Respublika Toksikologiya Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.