Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb – FOTO | DEFAKTO.AZ Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb – FOTO – DEFAKTO.AZ

Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb – FOTO

15




Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb.

Bu barədə DEFAKTO.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, “MİRAS20-İM” MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72,5 kq meyvə suyu topları məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu üzə çıxıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.