Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər – FOTO | DEFAKTO.AZ Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər – FOTO – DEFAKTO.AZ

Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər – FOTO

1




Bakıda yerləşən məşhur təhsil ocaqlarından biri əsaslı təmirə bağlanacaq.

Baku.ws-in əldə etdiyi məlumata görə, söhbət Yasamal rayonu, Mikayıl Müşviq küçəsində yerləşən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasından gedir.

Təhsil ocağının təmirə bağlanacağı ilə bağlı məlumatı İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova təsdiqləyib. O bildirib ki, dərslər qurtaran kimi, iyun ayından təmir işlərinə başlanılacaq:

“Təhsil ocağı əsaslı təmirə bağlanır. Təmir işlərinin bir il ərzində aparılması nəzərdə tutulub. Yeni tədris ili başlayan zaman şagirdlərin 189 və 190 nömrəli məktəblərə köçürülməsi planlaşdırılır. Amma bu, tam dəqiqləşməyib. Valideynlər bu barədə dəqiq məlumatlandırılacaqlar”.