Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib | DEFAKTO.AZ Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib – DEFAKTO.AZ

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

2




Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

DEFAKTO.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.