Ölkədə yeni dərs ilinin başlanmasına bir aydan bir qədər çox vaxt qalır. Xatırladaq ki, COVİD-19 pandemiyası ilə bağlı ölkədə dərslər martın 3-dən dayandırılıb. Nəticədə, ötən təhsil ilində 3 aydan çox dərslərin on-layn keçirildiyi bildirilib. Bu dərs ilinin vaxtında başlayacağı, hələlik, qəti müəyyən edilməyib. Ekspertlərin fikrincə, həmin 3 aylıq təcrübə bir sıra problemləri də üzə çıxarıb.
Deputat Etibar Əliyev “Turan” agentliyinə açıqlamasında deyib ki, pandemiya Azərbaycanda distant təhsilə hazırlıq səviyyəsinin yüksək olmadığını ortaya qoydu.
Onun sözlərinə görə, bu dövrdə məlum oldu ki, bir-iki ali məktəb istisna olmaqla distant təhsilin həyata keçirilməsində xeyli problem var.
Deputatın fikrincə, ilkin olaraq distant təhsilin qanunvericilik bazası yaradılmalıdır, çünki bu baza yoxdur:“Bu proses uzun vaxt tələb etdiyi üçün Nazirlər Kabineti, hələlik, tədrisin idarə olunması üçün müvəqqəti qaydalar da qəbul edə bilər”.
E. Əliyev bildirib ki, 2007-12-ci illərdə orta məktəblərin İKT təminatı ilə bağlı proqram qəbui edilmişdi, təhsil forması kimi distant təhsilin maddi-texnki bazasının yaradıması da nəzərdə tutulurdu: “Təxminən 30 miyon manata yaxın vəsait də ayrlmışdı. Amma internet ödənişinin baha olmasını əsas gətirərək o zaman şagirdlərin çoxu distant dərslərdə iştirak etmədilər”.
Deputat əlavə edib ki, indiyə kimi ali məktəblərdə distant təhsil ənənəvi təhsilin davamı olmalı, maddi-texniki bazasının yaradılması isə başa çatmalı idi: “Hansi univeristetlər ki, məsələyə innovativ yanaşıblarsa distant təhsil ənənəvi təhsili tamamalayacaq və təhsildə fasiləsizlik təmin olunacaq. Bunu bacarmayan univeristetlər isəənənəvi tədrisi gözləyəcəklər. Amma bunun üçün əsas problem olan pandemiyanın nə zaman bitəcəyi hələ məlum deyil”.
Təhsil
“Distant təhsilin həyata keçirilməsində xeyli problem var” – Etibar Əliyev
By DEFAKTOAvq 11, 2020, 09:39 səhər
284
Previous PostLivan prezidenti hökumətin istefasını qəbul edib
Next PostPrezident daha bir qanunda dəyişikliyi təsdiqlədi