Bakıda motosikletlə avtomobil toqquşub, gənc qız yaralanıb | DEFAKTO.AZ Bakıda motosikletlə avtomobil toqquşub, gənc qız yaralanıb – DEFAKTO.AZ

Bakıda motosikletlə avtomobil toqquşub, gənc qız yaralanıb

8




Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“DEFAKTO.az”un məlumatına görə, hadisə metronun “Həzi Aslanov” stansiyasının yanında qeydə alınıb.

Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində sərnişin 2006-cı il təvəllüdlü Ayla Ələddin qızı Məmmədzadə yaralanıb.

Xəsarət alan gənc qız təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.