Sabah 31 dərəcə isti olacaq – PROQNOZ + VİDEO | DEFAKTO.AZ Sabah 31 dərəcə isti olacaq – PROQNOZ + VİDEO – DEFAKTO.AZ

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ + VİDEO

2




Ölkə ərazisində aprelin 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən DEFAKTO.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz 27-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.