Bayden ABŞ-də “TikTok”u qadağan edən qanun imzaladı | DEFAKTO.AZ Bayden ABŞ-də “TikTok”u qadağan edən qanun imzaladı – DEFAKTO.AZ

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanun imzaladı

2




ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.

Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahibi olan Çinin “ByteDance” platformanı satmasa, qadağa işə düşəcək.

Beləliklə də, çinlilərin ultra-populyar sosial şəbəkənin satışı ilə bağlı razılığa gəlmək üçün bir ilədək uzatmaq imkanı ilə doqquz ay vaxtı var. Bu müddətdə satış baş tutmasa, sosial şəbəkəyə giriş bağlanacaq.

“Biz heç yerə getmirik. Konstitusiya bizim tərəfimizdədir və biz qalib gələcəyimizi gözləyirik”, – “Tik-Tok”un rəhbəri Şou Tzu Çyu yeni qanunu şərh edərkən bildirib.

Mənbə: techno.nv.ua