Yunanıstan parlamentində dava düşdü | DEFAKTO.AZ Yunanıstan parlamentində dava düşdü – DEFAKTO.AZ

Yunanıstan parlamentində dava düşdü

4




Yunanıstan parlamentinin müstəqil deputatı Konstantinos Floros onu nalayiq sözlərlə təhqir edən sağçı Vasilis Qrammenosu vurub.

Məlumata görə, polis Florosu saxlayıb. O, Cinayət Məcəlləsinin 157-ci maddəsi (siyasi orqana və ya hökumətə qarşı zorakılıq) əsasında həbs edilib və Attikanın metropoliten bölgəsindəki polis qərargahına aparılıb.

Florosun gün ərzində və ya cümə axşamı səhər prokuror qarşısına çıxacağı gözlənilir.

Parlamentin sədri Konstantinos Tasulasın dediyinə görə, Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən, deputata qarşı zorakılıq edən şəxs 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Mənbə: TASS