İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı | DEFAKTO.AZ İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı – DEFAKTO.AZ

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

6




Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul TK-2337 reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib.

Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb.

76 yaşlı tarixçiyə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və həyat təhlükəsinin ciddi olmadığı müəyyən edilib. Ortaylının təzyiq problemi səbəbi ilə halsızlaşdığı məlum olub və uçuşuna heç bir maneə olmadığı üçün təyyarə havaya qalxıb.

Qeyd edək ki, İlber Ortaylının səhhəti artıq yaxşıdır.

Mənbə: haberet.com