Sabunçuda açıq ərazidə yanğın başlayıb | DEFAKTO.AZ Sabunçuda açıq ərazidə yanğın başlayıb – DEFAKTO.AZ

Sabunçuda açıq ərazidə yanğın başlayıb

4




Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-dən DEFAKTO.az-a bildirilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.