Şimali Koreya nümayəndə heyəti son beş ildə ilk dəfə İrana səfər edib | DEFAKTO.AZ Şimali Koreya nümayəndə heyəti son beş ildə ilk dəfə İrana səfər edib – DEFAKTO.AZ

Şimali Koreya nümayəndə heyəti son beş ildə ilk dəfə İrana səfər edib

3




KXDR Xarici İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti İrana səfər edib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Səfərin proqramı və məqsədləri barədə başqa məlumat verilmir.

KİV-də yayılan məlumata görə, səfər tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı ola bilər.

Şimali Koreya hakimiyyəti İrana sonuncu dəfə 2019-cu ildə səfər edib. İki ölkə arasında diplomatik əlaqələr 1973-cü ildə qurulub.

Mənbə: TASS