Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub | DEFAKTO.AZ Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub – DEFAKTO.AZ

Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub

7




Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 23-də ümumi çəkisi 19,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9,4 kiloqramdan artıq heroin, 5,4 kiloqramdan çox marixuana, 4,3 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.