Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb | DEFAKTO.AZ Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb – DEFAKTO.AZ

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

4




Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, aprelin 23-də Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi, 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılmışdı.

Dursun Tağıyeva