Bakıda gənc oğlanı avtobus vurub | DEFAKTO.AZ Bakıda gənc oğlanı avtobus vurub – DEFAKTO.AZ

Bakıda gənc oğlanı avtobus vurub

4




Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

DEFAKTO.az xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb.

2004-cü il təvəllüdlü Taleh Mustafa oğlu Əliyev yolu keçərkən onu sərnişin avtobusu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.