ABŞ vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırdı | DEFAKTO.AZ ABŞ vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırdı – DEFAKTO.AZ

ABŞ vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırdı

19

ABŞ-ın Kabildəki Səfirliyi Əfqanıstandakı vətəndaşlarına təhlükəsizlik riski səbəbindən ölkədən dərhal ayrılmaları ilə bağlı çağırış edib.

“Defakto.az” xəbər verir ki, xəbərdarlıq mətni səfirliyin saytında yerləşdirilib.

“Münasib ticari uçuşlardan istifadə edərək, dərhal ölkəni tərk edin”, – müraciətdə deyilir.

Qeyd olunub ki, bilet ala bilməyənlər səfirliklə əlaqə saxlaya bilərlər.

O da əlavə edilib ki, təhlükəsizlik vəziyyəti və personal azlığı səbəbindən səfirliyin vətəndaşlara kömək etmək imkanı olduqca məhduddur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir