“Bu gün bayram ab-havasında oyun izlədik”.
“DEFAKTO.az”un məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatının final oyunu çərçivəsində keçirilən “Azərreyl” – ”Abşeron” (3:1) matçının ardından baş tutan bağlanış mərasimində danışan komitə rəsmisi qalib komandanı təbrik edib:
“Dünən kişilər arasında görüş olduqca gərgin idman şəraitində keçdi. Bu gün isə “Azərreyl” – “Abşeron” matçı haqda eyni sözləri demək olar. Belə qarşılaşmalar Azərbaycanda voleybolun inkişafını göstərir”.